“İran nə İsrailin, nə də Azərbaycanın problemidir”-səfir danışdıbackend

İsrailin Azərbaycandakı səfiri Corc Dik “Report”-a müsahibəsində İran Azərbaycan münasibətləri haqqında danışıb.

“Yeni Gundem” xəbər verir ki, səfir bildirib ki, İranın Argentinadan Bolqarıstan və Kiprə qədər hər yerdə terror aktları törətmək üçün öz adamlarından necə istifadə etdiyini görmüşük.

“Yaxın Şərqdə, Cənubi Qafqazda və ondan kənarda qeyri-sabitlik və müharibələrin bəlkə də əsas mənbəyidir. İranın Argentinadan Bolqarıstan və Kiprə qədər hər yerdə terror aktları törətmək üçün öz adamlarından necə istifadə etdiyini görmüşük. Ona görə də onların Cənubi Qafqazın işlərinə də qarışmağa çalışmalarına təəccüblənmirəm. Bu regionun ölkələri ayıqdır və onlar bunu başa düşürlər. İranın “mövcud olduğu” bütün ölkələrə baxın: İraq, Suriya, Livan, Yəmən. Harada olurlarsa olsunlar, özləri ilə xaos, dağıntı, çökən iqtisadiyyat gətirirlər. İran böyük təhlükə mənbəyidir.Amma İran nə İsrailin, nə də Azərbaycanın problemidir. İran qlobal problemdir və ona görə də bütün dünya İranı dayandırmalıdır. Bu gün İranın daxilində baş verənləri görəndə, onların regionda etdiklərinə nəzər salmamışdan xeyli əvvəl İran rejiminin ən böyük qurbanının elə İran xalqı olduğunu görürük.İran rejimindən, onun qadınlarla bağlı, azadlığa, ifadə azadlığına qarşı siyasətindən hər kəs əziyyət çəkir. Onların insanları necə edam etdiklərini də gördük. Onlar əhali sayına görə dünyada ən çox edam edən ölkədirlər. “Evin” həbsxanasında hər gün insanlara işgəncə verirlər. Sırf öz fikrini bildirdiklərinə, azadlığı dəstəklədiklərinə görə adamları asırlar. Bu insanlar yalnız azad olmağı, hər bir azərbaycanlının, hər bir israillinin yaşadığı normal həyatı yaşamağı istəyir. Zəngin olmaq yox, azad olmaq istəyirlər. Düşünürəm ki, hər bir insan buna layiqdir və biz hamımız İran xalqını əsas insan haqlarını tələb edəndə dəstəkləməliyik, xüsusən də rejimin repressiyaları bu qədər qəddar, amansızdırsa.Bir qadının hicabsız olduğuna görə qamçılanması və sonra öldürülməsi ağlasığmazdır və buna görə də İran əvvəlcə öz xalqına zülm edən, sonra isə bütün dünyada problemlər yaradan bir şərdir”

Fərahim RƏHİMOV