İran Prezidenti ABŞ-a gedirbackend

İran Prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedəcək.

Bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Bahadari Cəhromi məlumat verib.

O, bu məsələnin proqrama daxil edildiyini bildirib.

Xatırladaq ki, Baş Assambleyanın yüksək səviyyəli həftəsi bu il sentyabrın 20-dən 26-dək keçiriləcək.