İran prezidenti: “Azərbaycan qardaşımızdır, Ermənistan isə qonşumuz” – VİDEObackend

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Nazirlər Kabineti iclasında cəbəhdə baş verən hadisələrə münasibət bildirib.

O qeyd edib ki, İran İslam Respublikası Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır: “Azərbaycan bizim qardaşımızdır və Ermənistan bizim qonşumuz”.

Daha sonra Həsən Ruhani deyib: “Azərbaycan Respublikası xalqının hüquqlarını və bu ölkənin ərazi bütövlüyünü tanıyırıq. Lakin müharibə yolu ilə heç bir problem həll olunmur. Minaatan mərmilərinin və ya raketlərin ərazimizə düşməsi qəbuledilməzdir”.