İran Prezidenti İlham Əliyevə təbrik məktubu göndərdi – Tehranın ikibaşlı oyunubackend

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ölkənin dini liderinin sionizmlə əməkdaşlıqda ittiham etdiyi Azərbaycan Prezidenti İlham Əliyevə Məhəmməd peyğəmbərin mövludu və Vəhdət Həftəsi münasibətilə təbrik məktubu göndərib. 

“Yeni Gündəm” xəbər verir ki, məlumatı İran səfirliyi yayıb.

Məlumata görə, məktubda deyilir:

“Allahın böyük Peyğəmbəri Həzrəti Məhəmməd Mustafanın (s) mövludunun ildönümü, eləcə də bütün müsəlmanların arzusu və Peyğəmbər ümmətinin hədəfi olan Vəhdət Həftəsi münasibətilə Sizi və ölkənizin xalqını ən səmimi şəkildə təbrik edirəm.

Bu mübarək və məsud günlərdə Allahın Rəsulundan (s) gözəl nümunə götürərək, İslam dininin müştərək dəyərlərinə söykənərək iman qardaşları kimi iradə nümayiş etdirməklə İslamın yüksəlişi və rəhmət Peyğəmbərinin yolunun təbliği ilə bağlı davamlı və güclü əlaqələrimizin yaradılması istiqamətində ciddi addımlar atacağımıza ümidvar olduğumu bildirirəm.

Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə izzət və başucalılığı diləyirəm.

Seyid İbrahim Rəisi – İran İslam Respublikasının Prezidenti”.