İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olubbackend

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Düşənbə şəhərində keçirilən zirvə görüşündə İranla əməkdaşlıq sənədi imzalanıb.

“Yeni Gündəm” xəbər verir ki, bu sənəd İranın təşkilata tam üzvlüyə qəbulu üçün müvafiq işlərin başlamasını isbat edir. Bununla da ŞƏT üzv ölkələrinin sayı 9-a çatıb.

Qeyd edək ki, 2005-ci ildə ŞƏT-də müşahidəçi statusu əldə edən İran 2008-ci ildə tam üzvlüyə qəbul üçün ərizə versə də, 2015-ci ilədək BMT Təhlükəsizlik Şurası tərəfindən tətbiq edilmiş sanksiyalara görə bu məsələ baş tutmayıb.