İran səfiri baş nazirinin müavini Şahin Mustafayeva ağır itki ilə əlaqədar başsağlığı veribbackend

Azərbaycan Respublikasının Baş Nazirinin müavini,
İran-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi
Əməkdaşlıq Komissiyasının Azərbaycanlı sədri
Hörmətli cənab Şahin Mustafayev
”إنّا لله و إنّا إليهِ رَاجعُون“
Dəyərli atanızın ölüm xəbəri məni dərindən kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Cənabınıza və hörmətli ailə üzvlərinizə başsağlığı verərək, Allah Taaladan mərhum üçün bağışlanma və rəhmət, Sizə və eləcə də mərhumun bütün yaxınlarına isə səbir və dözüm diləyirəm.
”وَاَلسَّلامُ عَلَیکمْ وَ رَحْمَةُ اللَّه وَ بَرَکاتُهُ“
Hörmətlə,

Seyid Abbas Musəvi
İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri