İran səfirliyi Heydər Əliyevin doğum günü ilə bağlı paylaşım etdibackend

İranın Azərbaycandakı səfirliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı paylaşım edib.

“Yeni Gündəm” xəbər verir ki, tviterdə H.Əliyevin İranın ali rəhbəri Əli Xamenei ilə şəklini paylaşan diplomatik nümayəndəlik qeyd edib:

“Mərhum Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin inkişafında mühüm rol oynamış bu mərhum liderin xatirəsini ehtiramla yad edirik”.