“İran uzaqbaşı hansısa təxribat törədə bilər” – Keçmiş xarici işlər naziribackend

Dünənki əməliyyat Azərbaycan ərazisində keçirilib. İran elitasında çox ciddi ziddiyyətlərin olması barədə məlumatlar sızır. Azərbaycana dırnaqarası təhdidlər daha çox daxildə istifadə olunur. Onlar yaxşı başa düşürlər ki, Azərbaycanın imkanları, hərbi müttəfiqləri çoxdur.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O bildirib ki, İranın təhdidləri real görsənmir.

“Bu baxımdan İranın təhdidləri real görsənmir. Onlar bu əhval-ruhiyyəni ona görə yaradırlar ki, daxildə gedən proseslərdə düşmən obrazı yaratsınlar. İran uzaqbaşı hansısa təxribat törədə bilər. Onlar yaxşı başa düşürlər ki, Azərbaycana gücləri çatmaz. Biz bu təbliğat müharibəsini bu şəkildə qəbul etməliyik”.-deyə o qeyd edib.

Fərahim Rəhimov