İran Ukraynada hərbi əməliyyatların başlamasından bir neçə ay əvvəl Rusiyaya pilotsuz təyyarələr verdiyini açıqlayıb.
“Yeni Gundem” Rusiya mediasına istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Fars agentliyinə müsahibəsində deyib.
XİN rəhbəri İranın Rusiyaya ballistik raketlərin verilməsi ilə bağlı məlumatları təkzib edib: “Biz Ukraynanın xarici işlər naziri ilə razılaşdıq ki, onlarda Rusiya-Ukrayna müharibəsində İran pilotsuz təyyarələrindən istifadə edildiyinə dair hər hansı sübut varsa, bizə təqdim etsinlər”.