İran XİN rəhbərinin müavini Bakıya gəlirbackend

İranın xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Doktor Məhəmməd Kazım SəccadPur bu gün Azərbaycana səfər edəcək.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin tvitter hesabında məlumat verilib.

Bildirilir ki, Məhəmməd Kazım SəccadPur Azərbaycana üç günlük səfəri çərçivəsində İran, Azərbaycan və Türkiyə araşdırma mərkəzləri arasında keçirilən üçtərəfli görüşə qatılacaq.

Həmçinin qeyd olunur ki, iranlı rəsmi elmi iclasda iştirak etməklə yanaşı, Azərbaycanın bəzi rəsmiləri ilə də görüşəcək.