İrana növbəti zərbəni Kanada vurdubackend

Kanada Sərhəd Xidmətləri Agentliyi federal hökuməti son vaxtlar hakimiyyətdə olan yüksək səviyyəli İran məmurlarının Kanadaya girişini qadağan etməyə inandırmaq üçün İranın 2019-cu ildən bəri mülki şəxslərə qarşı zorakılıq tətbiq etdiyinə dair nümunələr göstərib.

“Yeni Gundem” Kanada mətbuatına istinadən xəbər verir ki, sözügedən ölkənin “CBC” News İnformasiya Agentliyi bu yaxınlarda ictimai təhlükəsizlik naziri Marko Mendiçinoya təqdim etdiyi sübutların siyahısını əldə edib ki, o, İranın etirazları zorakılıqla yatırmasına cavab olaraq ona qarşı addım atmağı düşünür.

Siyahıda CBSA-nın İranın Albaniya hökumətinə kiberhücumları, onun israilli turistləri oğurlamaq və ya öldürmək planına və 23 yaşlı Məhsa Aminin ölümünə işarə etdiyi göstərilir. Onun İranın qondarma “əxlaq polisi”nin nəzarətində ölməsi son etiraz dalğasına səbəb olub.
Agentlik həmçinin Tehranın davranışına misal olaraq PS752 reysi qurbanlarının ailələrinə qarşı təhdidləri göstərib.

Federal hökumət İrana qarşı sərt davranmaq üçün iranlı-kanadalılar və Mühafizəkar müxalifət tərəfindən sıx təzyiq altında olub.

Mendiçino noyabrın 14-də İran İslam Respublikasını rəsmi olaraq terrorizm və sistemli insan haqları pozuntuları ilə məşğul olan rejimlər siyahısına daxil edib.

“Bu o deməkdir ki, İran rejiminin on minlərlə yüksək vəzifəli üzvü, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun bir çox üzvləri indi Kanadaya qəbul edilmir”, – hökumətin rəsmi bildirişində deyilir.

Fərahim Rəhimov