İranda 20 ay sonra Cümə namazına icazə verildi – Fotolarbackend

İranda uzun müddət sonra paytaxt Tehranda Cümə namazı qılınıb.

“Yeni Gündəm” xarici KİV-nə istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı qadağa götürüldükdən sonra ötən gün şəhər sakinləri Tehran Universitetinin kampusunda bir araya gəlib.

Onlar 20 aylıq fasilədən sonra tibbi maska taxaraq və sosial məsafəni qoruyaraq namaz qılıblar.

Qeyd edək ki, koronavirus pandemiyası ilə mübarizədə ötən ilin fevralında toplu cümə namazları qadağan olunmuşdu.