İranda güclü zəlzələbackend

İranda şimalında 4,8 bal gücündə zəlzələ olub.

“Yenigundem“ “Qafqazinfo”ya istinadə xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla 18:57 radələrində Gilan vilayətinin Ləngərut şəhərinin 8 km yaxınlığında yeraltı təkan baş verib. Maqnitudası 4,8 bal olan zəlzələnin ocağı 23 km dərinlikdə yerləşib.

İnsan itkisi və dağıntı barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, son aylarda İranda yeraltı təkanlar intensivləşib. Ötən ay İranın Kirmanşah əyalətində 7.2 bal gücündəki zəlzələ 569 nəfərin ölümünə səbəb olmuşdu.