İranda koronavirus qurbanlarının sayı artdıbackend

İranda koronavirusa yoluxanların sayı 58 226-ya çatıb, onlardan 3603-ü ölümlə nəticələnib.

“Yeni Gündəm” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur məlumat verib.

“Təəssüf ki, son 24 saat ərzində xəstəxanalar və tibb mərkəzlərində 151 nəfər dünyasını dəyişib”, – Cahanpur deyib.

Onun sözlərinə görə, indiyədək 22 011 insan tamamilə sağalıb.