İranda qatar qəzasında ölənlərin sayı 17-yə çatıbbackend

İranda qatarın relsdən çıxıb aşması nəticəsində ölənlərin sayı artıb.

Qəza nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Sərnişinlərdən 50 nəfərin yaralandığı, 15 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Qatarda 243 sərnişin olub.

Ölənlərin sayının artacağı ehtimal olunur.

APA