İranda quş qripi yayılıbbackend

İranda quş qripinin yayılması səbəbindən 1 milyona yaxın toyuq və zooparkda 671 quş məhv edilib.

“Yeni Gündəm” bildirir ki, bu barədə “Baharnews” portalı Qum əyalətinin Baytarlıq Xidmətinin rəhbəri Mehdi Rəfiinin sözlərinə istinadən xəbər verib.

Rəfii vətəndaşları bazarlardan və küçə satıcılarından ev quşu almaqdan çəkinməyə çağırıb. “Quş qripi epidemiyası ilə əlaqədar Qum əyalətində fermerlərin 10 milyon toyuğundan təxminən bir milyonu məhv edilib. Həmçinin yerli zooparkda 671 quş məhv edilib”, – Rəfii deyib.

Qeyd edək ki, Qum əyalətindəki zoopark 2020-ci ildə açılıb. Burada 100-dən çox quş növü yaşayır.