İranda vəziyyət nə yerdədir? – AÇIQLAMAbackend

Bildiyimiz kimi İranda etiraz aksiyaları 3 cü həftəsini yaşamaqdadır. Etirazlar getdikcə kütləviləşir.Şüarlar isə kəskinləşir.Hazırki, rejimi istəmədiklərini, diktaturanın ölümünü istəyirlər. Bunlar əlbəttə ümumi şüarlardır.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, GAMAC İdarə Heyətinin üzvü, siyasi şərhçi Sadiq İsabəyli bildirib.

Siyasi şərhçi etirazların səbəblərini və hazırkı dövrü belə açıqladı:

“İran çoxmillətli ölkədir, orada yaşayan qeyri-farslarda özlərinə məxsus şüarlar səsləndirirlər.Artıq məktəblilərdə etirazlara qoşulub.Güneylilərdə milli şüarları ilə aktiv fəaliyyət göstərirlər.43 illik rejimin apardığı ideoloji siyasət dalana dirənərək uğursuz siyasətə çevirilib.Rahat şəkildə demək mümkündür ki, kütlə, xalq rejimi istəmir. Yoxsulluq, iqtisadi çətinliklər, qadınlara qarşı mənfi – xoşagəlməyən hərəkətlər, qeyri-farslara qarşı aparılan ayrı-seçkilik etirazların baş vermə səbəbləridir. İran azərbaycanlıları yoxsul, mühacirətə məcbur edilən millət olublar. Rejim 43 ildiki onlar üçün yaxud onların mədəniyyəti üçün heç nə etmiyib.”

Sadiq İsabəyli İran İslam Respublikasının hər şeyi tam əksinə edərək öz xalqını əzdiyində qeyd etdi.

“İnsanlar fərdi, söz əqidə azadlığı istəyirlər.Dözə bilmirlər, etirazların dahada dərinləşməsi ehtimalı çox yüksəkdir. Əgər rejim intiqam əvəzinə bunlarla hesablaşsa bəlkə özünü qurtara bilər. Ancaq hər şey əksinə edilir, onlara qarşı ittihamlar irəli sürülür. Rejimin verdiyi açıqlamalarından bəlli olur ki, dövlət öz xalqına savaş açır.

Parlamentdə Millət vəkili adı ilə oturanlar etirazçılara ölüm səsləyir. Etirazçıları öldürən polisə təşəkkür etdilər.İran İslam Respublikası xalqını əzir və basır.Bir sözlə xalqını məhv etmək istəyir. Belə olan halda nəticələr hazır ki, rejim üçündə heç də yüngül olmayacaq.Əgər rejim tutduğu siyasi-ideoloji qərarlarından, yəni vətəndaşların hüquq və azadlıqlarını pozan qərarlarından geri çəkilməsə sözsüz ki, etirazların genişlənməsinə yol açacaqdır.”

Siyasi şərhçi Sadiq İsabəyli rejimin dağılma ehtimalının yüksək olduğunu və dezinformasiyalar yaydığınıdanda danışdı:

“Rejim dağılmaq zorundadır, çünki alternativi yoxdur. Prosseslər bu cür davam edir.Çalışırlar ki, öz mətbuatında saxta bilgilər versinlər. Əsassız informasiyalar verirlər, yüzlərlə insan İran polisi tərəfindən öldürülüb. Lakin onların rəsmi mənbələri rəqəmləri çox azaldır. Yaralı və həbs olunanların sayındada rəqəmlər dəyişdirilir”

Fərahim RƏHİMOV

Yenigundem.az