İranda zəlzələ olubbackend

İranın Kirman əyalətində 5,4 bal gücündə zəlzələ baş verib.

“Yeni Gündəm” xəbər verir ki, məlumatı Tehran Universtetinin Seysmologi Araşdırmalar Mərkəzi yayıb.

Məlumata görə, Kirman şəhərinin Fəryab bölgəsində yerli vaxtla 11:10-da baş verən zəlzələnin dərinliyi 14 kilometr olub.

Zəlzələnin fəsadları barədə hələlik heç bir məlumat verilməyib.