İranın Azərbaycandakı səfirliyi Xocalı faciəsi ilə bağlı başsağlığı veribbackend

İranın Azərbaycandakı səfirliyi Xocalı qətliamının 29-cu ildönümü ilə bağlı başsağlığı verib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə səfirliyin tvitter səhifəsi vasitəsilə məlumat verilib.

Başsağlığı bəyanatında deyilir:

“İran İslam Respublikasının səfirliyi Xocalı faciəsinin və Azərbaycanlı mülki şəxslərin öldürülməsinin 29-cu ildönümündə bu cinayəti qınayır, dost və qardaş Azərbaycan hökuməti və xalqı ilə, xüsusən də bu faciə qurbanlarının yaxınları ilə həmdərd olduğunu elan edir.