İranın şimalında 5,2 maqnituda gücündə zəlzələ baş veribbackend

Bakı. 21 dekabr. YENIGUNDEM.AZ/ Çərşənbə günü İranın şimalında 5,2 maqnituda gücündə zəlzələ baş verib.

“Yenigundem” “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, təbii fəlakətin mərkəzi Tehran ətrafında yerləşən Kerec şəhərindən 17 km cənubda qeydə alınıb. Zəlzələnin ocağı yerin 7 km dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.