İraqda ABŞ səfirliyinin yerləşdiyi əraziyə raketlər atıldıbackend

İraqda ABŞ səfirliyinin yerləşdiyi “Yaşıl zona” adlı əraziyə üç ədəd “Katyuşa” raketi atılıb.

“Yeni Gündəm” Anadolu Agentliyinə istinadən xəbər verir ki, insident gecə saatlarında baş verib.

Məlumatda deyilir ki, İraq kəşfiyyatı hücumda təqsirli olan şəxslərin təyin edilməsi və onların məsuliyyətə cəlb olunması üçün tədbirlər görür.

Qeyd edək ki, daha əvvəllər “Al-Anbar” və Ərbildə içərisində amerikalı hərbçilərin yer aldığı hərbi bazalar da hücumlara məruz qalıb. Bu hücumlar zamanı raketlərdən və minalanmış pilotsuz uçan aparatlardan istifadə olunub.