İraqda matəm elan olundubackend

İraqın cənubunda yerləşən Di-kar əyalətinin Nəsiriyyə şəhərində koronavirusa yoluxan pasiyentlər üçün nəzərdə tutulan hospitalda baş verən yanğın nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.

Məlumatı yerli “Al-Hadath” telekanalı yayıb.

İraqın Baş naziri Mustafa əl-Kazımi ölkədə matəm elan edib.

Bildirilib ki, İraqda koroavirusa yoluxanlar üçün xəstəxana ilk dəfə deyil yanır. Bu il aprelin 24-də Bağdadda İbn əl-Xətib adına hospitalda baş vermiş oxşar hadisə nəticəsində 82 nəfər ölmüş, 110 nəfər yaralanmışdı.