İrəvan müəllimlər seminariyasının 140 illiyi qeyd edildibackend

İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn tədbirlər planı layihəsində Bakı şəhəri Xətai rayonu 138 saylı tam orta məktəbdə 25 may 2022-ci il tarixdə “İrəvan Müəllimlər Seminariyası – 140 ” adlı tədbir keçirilmişdir.

“Yeni Gündəm” xəbər verir ki, tədbir “İrəvanda bir quyu var” xalq mahnısına hazırlanmış kompozisiya ilə başlayaraq, tədbirdə İrəvanın tarixi, İrəvan Müəllimlər Seminariyası haqqında videoçarxlar göstərilmiş, çıxışlar edilmişdir. Bədii hissədə məktəb şagirdlərinin təqdim etdikləri qədim “İrəvan yallısı”, “İrəvanda xal qalmadı”, “İrəvanım, İrəvan” xalq mahnıları, eləcə də vətənpərvərlik mövzusundakı şeirlər tədbirin məqsəd və mövzusunu tamamlamışdır.

Tədbirdə    pedoqoji elmlər doktoru, professor, Əməkdar  elm xadimi Fərrux Rüstəmov, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, UNEC müəllimi, filologiya elmləri namizədi, dosent Cəlal Allahverdiyev, Təhsil İnstitutunun əməkdaşı, professor İntiqam Cəbrayılov, YAP Xətai rayon təşkatinın sədri Vüqar Rəhimzadə, Xətai rayon İH-nin şöbə müdiri Pənah İmanov, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası Arif Hümbətov tədbirdə çıxış etmişlər.

Çıxışçılar İrəvan Müəllimlər Seminariyası haqqında ətraflı bəhs etmiş, tədbiri yüksək səviyyədə təşkil etdikləri üçün məktəbin direktoru Mirfaiq Mirheydərliyə və bütün məktəb kollektivinə təşəkkür etmişlər.

Tədbir ibtidai sinif şagirdlərinın hazırladıqları “Azərbaycan bayrağı” kompozisiyası və Heydər Əliyevin “Vətəndən pay olmaz” sözləri ilə eyni adlı mahnının sədaları altında sona çatmışdır.

Tədbirdən sonra qonaqlar məktəbdə aparılan işlərlə tanış olmuş, müəllimlərlə görüş keçirmişlər.