İrəvan Xanı Hüseynqulu Xanın əmri ilə tikilən Göy məscidbackend

Ermənistanın paytaxtı İrəvanda azərbaycanlılara məxsus islam dini məbədi olan göy məscid, Azərbaycan memarlıq nümunələrindən biridir.

“Yeni Gundem” xəbər verir ki, göy məscid – 1766-cı ildə İrəvan Xanı Hüseynqulu Xanın əmri ilə tikilib.Azərbaycan memarlıq nümunələrindən olan məscid XX yüzildə erməni millətçiləri tərəfindən iki dəfə yandırılıb.

1918-ci ildə və 1955-ci ilin martında azərbaycanlı din xadimi Mahmud Aruzoğlu, həyat yoldaşı və 22 nəfər türk alimi məsciddə ibadət edərkən. Sövetlər dövründə məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məktəbə döndərilmişdi. 1995-ci ildən etibarən Ermənistan, Azərbaycanlılara məxsus bu dini abidəni fars məscidi kimi təqdim edir. Gözəlliyi ilə göz oxşayan abidəmizin fars məscidi kimi təqdim olunması ilə bağlı ingilis tədqiqtçısı Tomas de Vaal yazırdı ki, ermənilərin məscidi bu formada təqdim etmələrini linqvistik oyun ilə izah etmək olar. 

“Ermənilər İrəvanda “fars məscidi” haqqında danışanda, “fars” deməklə unutdurmaq istəyirlər ki, 1760-cı ildən bu məsciddə dua edənlər azərbaycanlılar idi” – deyə tədqiqatçı vurğulayır.