İrəvanda reytinqimiz 30%-ə belə çatmır.
“Yeni Gundem” erməni mediasına istinadən xəbər verir ki, ölkənin Vitse-meri Tiqran Avinyanın səylərinə baxmayaraq, İrəvanda şəhər seçkiləri sentyabrda keçiriləcək. İravunkun sözlərinə görə, belə bir qərarı Ermənistanın baş naziri Nikol Paşinyan verib.
“O, komanda yoldaşlarını başına toplayıb dedi ki, onların şəhərdə reytinqi, belə demək mümkünsə, heç 30%-ə də çatmır, ona görə də bu müddətdə keçirilən növbədənkənar seçkilər intihara oxşayır”, – qəzet yazır.
Fərahim Rəhimov