İrəvanda Su-25 qalmadı… – VİDEObackend

Ermənistanın daha 1 Su-25 təyyyarəsi bölmələrimiz tərəfindən məhv edilib.

“Yeni Gündəm”-in məlumatına görə, Müdafiə Nazirliyindən bildirilib ki, düşmənın qırıcısı Zəngilan istiqamətində hücuma keçməyə cəhd göstərərkən zərərsizləşdirilib. Bu, artıq düşmənin 7-ci belə qırıcısıdır ki, hərbçilərimiz tərəfindən dəqiq atəşlə məhv edilir.

Hərbi ekspert Ramil Məmmədli deyib ki, sentyabrın 27-dən indiyədək Ermənistan ordusu dəfələrlə hava hücumuna cəhd etsələr də, ordumuz yüksək peşəkarlıqla onların planlarını alt-üst edib. Odur ki, arsenallarında olan Su-25 təyyarələri artıq tükənmək üzrədir.

Ramil Məmmədli bildirib, təkcə Su-25 təyyarələrinin məhv edilməsinə görə Ermənistan ordusuna 70 milyon dollardan çox ziyan dəyib.

Hərbi ekspert həmçinin deyib ki, Ermənistan və Azərbaycanın hərbi potensialı arasındakı kəskin fərq özünü pilotlarımızın bacarıqlarında da göstərir.

O bildirib ki, Ermənistan hava hücumundan müdafiə sistemləri də ordumuz tərəfindən darmadağın edilib. Düşmənin təkcə 6 ədəd S-300 hava hücumundan müdafiə qurğusunun məhv edilməsi düşmən cəbhəsindəki ən böyük itkilərdən hesab olunur.