İrəvanın küçələri bağlandıbackend

Hazırkı rəhbərliyi hakimiyyətdən uzaqlaşdırmaq niyyətini bəyan edən Ermənistan müxalifəti bazar ertəsi səhər saatlarından İrəvanın mərkəzi küçələrini bağlamağa başlayıb.

Ermənistan parlamentinin vitse-spikeri, “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyanın sözlərinə görə, saat 08:30-dan etibarən müxalifət sosial şəbəkələrdə dinc vətəndaş itaətsizliyi aksiyalarına keçib.

İrəvanın Fransa meydanında qurulmuş çadırlarda gecələyən müxalifət nümayəndələri müxtəlif küçələri bağlayıb.

Bu arada müxalifətin bir hissəsi Koryun küçələrindən yürüşə başlayıb, sonra Heratsi küçəsindəki tuneli bağlayıb. Bundan başqa, Xancyan və Nalbandyan küçələri də bağlanıb.

Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarını saxlayaraq polis bölməsinə aparmağa başlayıb.

Qafqazinfo