İribuynuzlu heyvan tərəfindən xəsarət aldığını deyən Sabirabad sakininin bıçaqlandığı məlum olubbackend

Sabirabad sakini tanışı tərəfindən bıçaqlanıb.

“Yeni Gündəm”-in məlumatına görə, Sabirabad rayonunun Suqovuşan kənd sakini, 1985-ci il təvəllüdlü Qubadov Yusif Böyükxan oğlu münaqişə zəminində Kərəm adlı həmkəndlisi tərəfindən bıçaqlanıb.

O, qarın boşluğunu dəlib keçən xəsarətlə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib və cərrahiyə əməliyyatına götürülüb.

Qeyd edək ki, bundan əvvəl yaralı onu guya heyvanın buynuzu ilə vurduğunu deyərək polisə yanlış məlumat verib. Hadisəni törədən şəxs polis tərəfindən axtarılır.

Faktla bağlı araşdırma aparılır.APA