“İrşad Elektronics” Qarabağ qazilərinə məhkəmə ilə hədə-qorxu gəlir… – Şirkət müştərilərin hüquqlarını pozur …backend

Bəs  İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hara baxır ?

Əsas mövzuya  keçməzdən öncə qısa məlumat üçün qeyd edək ki, “İrşad Electronics”  şirkəti  Azərbaycanda  elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biridir.
Şirkət  2000-ci ildə  “I&R Telecom” adı altında yaranıb, 2018-ci  ildən 2021-ci ilə kimi “İrşad Electronics” adı ilə, 2021-ci ilin  mart  ayının birindən etibarən “irşad” adı altında fəaliyyətini davam etdirir.
Bakı və  Sumqayıt  şəhərləri  daxil olmaqla 37 şəhər və rayonda mağazalar şəbəkəsi, 700-dən çox dilleri mövcuddur.
Az qala ölkənin yarısından çoxunda faəliyyət göstərən və dövriyyəsi milyonlarla ölçülən bu boyda şirkətin 5-10 manata görə  Qarabağ  qazisini məhkəməyə verməsi ən azı  utanc hissi yaradır.
Şirkət  Füzuli istiqamətində gedən döyüşlərdə tankda yanaraq ağır yaralanan qazini  məhkəməyə verib.
Qazi deyir ki,  hazırda pensiya sənədləri təsdiqlənmədiyinə görə, pulumu ala bilmirəm və bu səbəbdən “İrşad Electronics”ə  olan kredit borcumu  hələ ki,  ödəyə bilmirəm.
Bundan artıq nə demək olar ?
Vətən uğrunda  vuruşan, tankda yanaraq səhhətində ciddi problemlər olan qazimiz deyir ki, sənədlərim düzələn kimi  borcumu ödəyəcəm.
Ey, İRŞAD-ın sahibi, o qazi BORC-unu artıqlaması ilə ödəyib. Başa düşdünmü ?
Qazi  deyir ki, hətta bu barədə şirkətə məlumat da vermişəm.
Qeyd edək ki, kredit borcu olan qazi  “Cəbrayılın və Qubadlının azad edilməsinə görə”  medalları ilə təltif edilib.
Bu  misal “İrşad”ın əsl  mahiyyətini ortaya qoyur.
Ümumiyyətlə, şirkətdən şikayətlər bitib tükənmək bilmir.
Şirkətin öz müştərilərini zaman-zaman aldatması ilə bağlı mediada  müraciətlər yayılıb.
Başqa bir Qarabağ qazisi deyir ki, 2020-ci ilin  sentyabr ayında  “İrşad”  şirkətindən  mobil telefon aldım və hərbi qulluqçu olduğum üçün  döyüş bölgəsinə ezam olundum. Ona görə də şirkətdən xahiş etdim ki, krediti dondursunlar, onlar da razı oldular.
Müharibədən sonra bəlli olub ki, şirkət  qazinin kreditini nəinki dondurmayıb, hətta onu məhkəməyə verib.
Təsəvvür edirsiniz, bu boyda şirkətin Vətən Müharibəsi qazisini məhkəməyə verməsi sadəcə  rüsvayçılıqdır.
Bütün bunlar azmış kimi şirkətin operatorları müştərilərin zənglərinə kobud cavab verir, müştəri xidmətlə bağlı  sual verirsə, suallar cavabsız buraxılır.
Müştərilər dəfələrlə şirkətdən mobil telefon, notebook  alıblar. Və bir neçə  gün sonra  telefon, yaxud notebook donub, işləməyib. Müqaviləyə görə, alınan məhsullar şirkətin servisində ya təmir edilməli, ya da dəyişdirilməlidir. Ancaq şirkət  xarab məhsulu nə təmir edir, nə də yenisi ilə əvəz etmir.
Başqa bir müştəri şikayət edir ki, yayın qızmarında kondisioner almışam, amma 9 gündür şirkət gəlib öz məhsulunu quraşdırmır. Hansı ki, kondisioneri alanda söz vermişdilər ki, 2 günə quraşdırılacaq.
Bir sözlə, “İrşad Elektronics”dən  şikayətlər səngimək bilmir.
Görəsən dövlətdən hər  ay  yüksək  maaş alan  Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hara baxır ?

Gündelik-Baku.com