İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdibackend
Bakı-Ələt yolundakı karantin postunda insident baş verib.
“Yeni Gündəm” xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, Rəmzi Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçıb.
Polis əməkdaşlarının gördüyü tədbirlərlə R.Şükürov saxlanılıb. Onun müvafiq qaydada cəzalandırılacağı gözlənilir.
Qeyd edək ki, Rəmzi Şükürov iş adamıdır. Onun şirkəti çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur. Atası Əvəz Şükürov da “tikinti kralı” kimi tanınır. Onlar barəsində mətbuatda dəfələrlə qalmaqallı məqalələr dərc olunub.