İş adamı Mətanət Süleymanzadə xalqımıza müraciət etdi – FOTOLARbackend

“MAK Marine LTD” şirkəti olaraq hal-hazırda  sıfırda olan şəxsləri ixtisaslaşdırıb, layihələrə yönləndiririk.

Pandemiya ilə əlaqədar tədris mərkəzimizin  fəaliyyəti dayandırılıb.Buna baxmayaraq biz hal-hazırda işçi heyətini layihələrə yönləndirə bilirik. Çünki Azərbaycanda öz sahəsinin peşəkarları azdı. Onun üçün biz ixtisaslaşdırıb layihələrə göndərirdik.

Bunu “Yeni Gündəm”ə açıqlamasında tanınmış iş xanımı Mətanət Süleymanzadə bildirib.
Bölgələrimizdə yaşayan vətəndaşlarımız var ki, ali təhsil ala bilmirlər, ixtisas peşəsi öyrənə bilmirlər.
Ölkəmizdə yaşayan elə insanlar düşünürlər ki, işsizlikdi. Bir şirkət rəhbəri olaraq deyə bilərəm ki, işsizlik problemi yoxdur. Bir çox iş yerlərindən bizlərə təkliflər edirlər ki, bizlərə işçi heyəti verin. Həqiqətən çox sevindirici haldir ki, bu qədər iş yerlərimiz var. Bunun üçün biz çalışırıq ki, peşəkar və ixtisaslı vətəndaşlar yetişdirək, dövlətimizə təqdim edək.

Çünki həmin vətəndaşlar bizim dövlətin vətandaşlarıdır. Şirkət rəhbəri kimi məndə bu dövlətin vətəndaşıyam.Əlimdən gələn qədər dövlətimə və dövlətimin vətəndaşlarına dəstək olmaq istəyirəm. Bu mənim məqsədimdir ki, dövlətə necə dəstək olum. Birinci vətənimi çox sevirəm, ikinci dövlətimə çox bağlıyam bu siyasəti çox sevirəm. Bu siyasəti idarə edən bizim dövlət başçımızın apardığı yürütdüyü siyasət mənim üçün çox dəyərlidir, dövlət başçımın çıxışlarına hər zaman baxıram, dinləyirəm. Dövlət başcımız hər zaman vətəndaşının yanındadır. Bizdə çalışırıq ki, dövlət başçımız kimi bizdə dövlətimizi və vətəndaşlarımızı sevək. Həmin vətəndaşları ixtisaslaşdırıb müxtəlif layihələrə yönəldək. Məndə əlimdən gələn qədər vətəndaşlarımıza dəstək olub, layihələrə göndərməyə çalışıram.
Pandemiya ilə əlaqədar olaraq bizim tədris mərkəzi fəaliyyətini dayandırsa da, amma mən araşdırmalarım nəticəsində layihələr taparaq vətəndaşlarımızı işlə təmin edirəm. Bu gündə bu araşdırmaların nəticəsində hansısa ailəni çörək sahibi edə bilirəmsə, nə xoş mənə.
İş axtaran vətəndaşları şirkətimizə dəvət edib, onların əllərini çörəyə çatdırmağa hazıram.

Qeyd edim ki, iki gün ərzində 84 işçi  təqdim etmişik.

Bu işlərdə bizə şərait yaradan ölkə rəhbərimizə təşəkkür edirəm.