İş adamı Mətanət Süleymanzadənin doğum günüdürbackend

Bu gün tanınmış iş adamı Mətanət Süleymanzadənin doğum günüdür.

Həyatda elə yaşamaq lazımdır ki, geriyə baxanda utanmayasan.  El-oba, Vətən  sevgisi olan insanlar geriyə baxanda hər zaman qürur duyurlar. Onlar üçün bir amal var: Vətənə layiq övlad olmaq mənim ən müqəddəs borcumdur!

Belə insanlardan biri də bizim həmyerlimiz  Mətanət Süleymanzadədir.

Mətanət Süleymanzadə daim xeyriyyəçilik işləri ilə məşğul olub. Son günlər ölkəmizdə koronavirus pandemiyasının yayıldığı bir vaxtda Prezident İlham Əliyevin çağırışından sonra bir çox ailənin köməyinə çatan Mətanət Süleymanzadə onlara madddi və mənəvi dəstək olub.

Bir çox xeyriyyə işlərindən yaxından iştirak edən bu dəyərli, vətənpərvər, dövlətimizi, dövlətçiliyimizi sevən, Prezidentimizi hər zaman
dəstəkləyən insanı qardaşları, bacıları, yaxınları,qohumları,dostları, səmimi qəlbdən təbrik edir, ona can sağlığı, işlərində uğurlar arzulayırlar.

Sizə xoşbəxt, gözəl həyat arzulayırıq.Uğur və sevgi həmişə sizinlə olsun.Qoy günəş, yaxşılıq, sevgi həmişə evinizin pəncərələrindən işıqlansın!

“Yeni Gündəm” xəbər portalının kollektivi Mətanət Süleymanzadəni təbrik edir, yeni yaradıcılıq uğurları arzu edirik.