İş adamı oğlunun ad gününü qazilərlə qeyd etdi – FOTOLARbackend

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.
Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların və onlara bərabər tutulan şəxslərin sosial məsələlərinin həlli daim diqqət mərkəzindədir. Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir. 

“Yeni Gündəm” xəbər verir ki, şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların hər birinin qayğıları həmişə olduğu kimi, bu gün də İş adamı Mətanət xanımın nəzər və diqqətindədir.

İş adamı Mətanət xanım, bütün şəhid ailələrini ziyarət etmiş, qazanılmış Zəfərdə misilsiz rolu olan şəhidlərin heç vaxt unudulmayacağını, dövlətin, xalqın və sakini olduqlarını hər bir əməkdaşının daim onların yanında olduğunu bildirmişdi. Onu da qeyd edək ki, şəhid ailələrinə iş adamı tərəfindən mütəmadi baş çəkilir, qayğıları öyrənilir, onların həlli üçün lazımi tədbirlər görülür.

Qeyd edək ki, bu gün İş adamı Mətanət xanımın oğlunun doğum günüdür.Mətanət xanım, oğlunun doğum gününü qazilərlə qeyd etdi.

İş adamı qeyd edib ki, “Sizin və cəbhə yoldaşlarınızın fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub. Şəhid silahdaşlarınızın qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edir, həyatda yeni uğurlar diləyirəm”.

Sonda Mətanət xanım, qazilərə xatirə hədiyyəsi təqdim edib.

Qazilər Mətanət xanım ilə öz cəbhə xatirələrini bölüşüb və səmimi görüş üçün təşəkkür edib.