“İş təklifləri çoxdur, ancaq…” – Xoşqədəmbackend

Aparıcı Xoşqədəm Hidayətqızı yeni mövsümdə hansı kanalda fəaliyyət göstərəcəyi haqqında fikir bildirib.

“Yeni Gündəm” xəbər verir ki, hazırda Türkiyədə olan Xoşqədəm Hidayətqızı İnstaqramda bu sözləri yazıb:

“Bildiyiniz kimi öz ərizəmlə çalışdığım “Xəzər TV”dən dostcasına ayrılmışam. Qeyd edim ki, “Xəzər TV” də bununla bağlı açıqlamasında öz ərizəmlə ayrıldığımı vurğulayıb. Təbii ki, fəaliyyətdə olan, hətta açılması nəzərdə tutulan kanallardan belə təkliflər aldım. İstər o təklifi edən kanallara, istərsə də siz dəyərli izləyicilərimə təşəkkürüm sonsuzdur.

Göstərdiyiniz səmimi münasibətə görə hər birinizə minnətdaram. Yeni mövsümə start verilib. Hər gün yazırsız, hansı kanalda olacağımı soruşursuz… Bildirmək istəyirəm ki, hazırda Türkiyədəyəm və qısa müddətdə Bakıda olacam. Görüşlərimin nəticəsi ilə bağlı təbii ki, açıqlamam olacaq”.