Aprelin 27-də Azərbaycan Hökuməti bəzi karantin tədbirlərini yumşaltdıqdan sonra Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi BMT-nin ölkədəki İdarə Heyətinin mərhələli şəkildə işə qayıtmaq təlimatlarına uyğun olaraq bəzi fəaliyyətlərini yenidən nəzərdən keçirmişdir. Pandemiyadan öncə könüllü Azərbaycana qayıtmış vətəndaşlara məsləhət xidməti və reinteqrasiya yardımını həyata keçirməyə başlamışdır. Bununla yanaşı, ofisə təhlükəsiz qayıdışın təşkili yeni bir yanaşma tələb etmişdir. Birinci mərhələdə, kompromis variant kimi əməkdaşların bir qismi iş yerinə qayıdarkən, digərləri vəzifələrini evdən icra etməkdə davam edirlər, digər tərəfdən əməkdaşlar üçün ayrılmış iş masaları arasında zəruri məsafə nəzərə alınmış və fərdi qoruyucu vasitələrin (maska və əlcəklərin) istifadəsi təmin olunmuşdur.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev əməkdaşların və ziyarətçilərin təhlükəsizliyinin təmin olunmasının onlar üçün önəmli olduğunu qeyd edir: “Biz davamlı olaraq COVID-19 ilə bağlı son məlumatları izləyir, tövsiyələrə əməl edirik və bütün işçilərin eyni vaxtda işə qayıtmamağını təşkil etməklə əməkdaşların özlərini təhlükəsiz hiss etmələri üçün şərait yaratmağa çalışırıq”.
Əməkdaşların təhlükəsiz şəkildə işlərini icra etmələri üçün BMqT-də görülən əlavə qoruyucu tədbirlər arasında işçilərin və binaya daxil olan qonaqların temperaturunun yoxlanılması, Ümumdünya Səhiyyə Təşkilatının COVİD-lə bağlı tövsiyə və qaydaları, gigiyena prosedurlarını əks etdirən posterlərin ofisdə yerləşdirilməsi, əməkdaşların üz maskaları, əlcəklər, əl üçün təmizləyici vasitələr kimi qoruyucu ləvazimatlarla təmin olunmasını göstərmək olar.
Hazırda fəaliyyətini bərpa edən Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihəsinin əməkdaşları yoluxma riskini azaltmaq üçün könüllü qayıdan Azərbaycan vətəndaşları ilə fərdi görüşləri qoruyucu arakəsmə arxasında keçirirlər.
Könüllü Qayıdışa Yardım və Reinteqrasiya üzrə Əlaqələndirici şəxs İlyas Nəbiyev bu görüşlər zamanı bütün zəruri qoruyucu tədbirlərin görüldüyünü qeyd etmişdir: “Pandemiyanın ilk dövründə biz bütün görüşləri müvəqqəti dayandırdıq, lakin fərdi üzbəüz görüşlər layihəmizin vacib bir hissəsi olduğuna görə işçiləri qorumaq və iş yerində koronovirusun yayılma ehtimalını minimuma endirmək üçün ÜST-ün tövsiyələrinə və qaydalarına əməl etməklə tədricən görüşlərə yenidən start verdik”.
Beləliklə, BMqT Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində könüllü olaraq vətənə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımı ilə bağlı fəaliyyətini davam etdirir. Nümayəndəlik hazırda İsveçrə, Almaniya, Macarıstan, Belçika, Hollandiya, Türkiyə və Latviyadan qayıdan miqrantlara yardım fəaliyyətini göstərir. Reinteqrasiya yardımının əsas istiqamətlərindən biri könüllü qayıdan şəxslər üçün təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı ilə yanaşı, məşğulluq və ya kiçik biznesin qurulması kimi gəlir gətirən fəaliyyət sahələridir.
A New Approach for a safe return
After the Azerbaijan government has relaxed some of its strict quarantine measures on April 27 and in line with the UNCT guidelines for phased return to office, the IOM Azerbaijan office reassume some the office activities and started to provide the counseling sessions and implementation of the reintegration assistance to returnees. However, organizing a safe return to the office required a new approach. First, a split team system as a compromise between all employees working from home and having all employees back in the office have been adopted, and second new seating arrangement that provide sufficient distance between the employees, and third reminder of the personal protection equipment use.
“We are continuously monitoring the latest COVID19 development and follow the recommendation, and in same time we are trying to create conditions for employees to have safe space to feel right when not everyone gets back to work at the same time,” says Vladimir Gjorgjiev, the Chief of UN IOM Mission in Azerbaijan.
Among additional protective measures taken at the IOM office to ensure a safe return to work by staff members are checking the temperatures of staff and visitors entering the premises, all recommendations and guidance of WHO are placed in prominent places around the workplace, provision of protective equipment such as face masks, hand sanitizers, frequent hygiene procedures etc are used.
Among few employees who are required to return to work are staff members of the Assisted Voluntary Return and Reintegration (AVRR) project who needs to hold in-person meetings with returnees separated through the glass partition.
“During the peak of the pandemic, we temporarily canceled all meetings, but due to the fact that meetings in person are an essential part of our project we gradually started face to face meeting taking every possible measure in line with the WHO recommendations and guidance to protect workers and minimize the direct effects of the coronavirus in the workplace,” says Ilyas Nabiyev, the AVRR focal point of the Mission.
IOM is continuing its efforts to deliver reintegration assistance to returnees – the citizens of Azerbaijan who voluntarily returned to the country of origin under the AVRR projects. IOM Azerbaijan provides its assistance activities for migrants returned from Switzerland, Germany, Hungary, Belgium, the Netherlands, Turkey, and Latvia. One of the main parts of reintegration assistance besides educational activities, temporary housing, is employment or setting-up income-generating activity, e.g., small business for voluntarily returned migrants.