İşə qəbul başladıbackend

2021-2022-ci tədris ili üçün ilk dəfə olaraq “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika fənni üzrə müəllimlərin işə qəbulu həyata keçirilir.

Təhsil Nazirliyindən “Yeni Gündəm”ə verilən məlumata görə, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə “Rəqəmsal bacarıqlar” layihəsi üzrə də vakansiya seçmək imkanı veriləcək. İnformatika fənnini yeni formatda tədris etməyi hədəfləyən layihə üzrə çıxarılan vakansiyaları müsabiqədə iştirak edərək müvafiq bal toplayan namizədlər seçə biləcəklər.

Qeyd edək ki, Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə işləmə bacarıqları inkişaf etdirilir və onlara proqramlaşdırmanın əsasları öyrədilir. 2017-ci ildən etibarən həyata keçirilən layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.