İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdibackend

Qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli istiqamətində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da müstəsna xidmətlər həyata keçirib. Fəaliyyətində hər zaman əhalinin zəif müdafiə olunan təbəqələrinə həssaslıqla yanaşan Mehriban xanım qaçqın və məcburi köçkünlərin problemlərini də daim diqqət mərkəzində saxlayıb.

Azərbaycan dövləti Prezident İlham Əliyevin ötən illər ərzində böyük məharətlə yürütdüyü mükəmməl siyasət, yaratdığı güclü iqtisadiyyat, qüdrətli ordu, malik olduğu yüksək beynəlxalq nüfuz sayəsində Zəfərə doğru inamla irəliləyirdi.

Azərbaycan xalqının hər bir üzvünün arzularının zirvəsində yer alan həmin müqəddəs məqama isə 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün sürərək Zəfərlə yekunlaşan haqq savaşında yetdik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Qarabağımızı, işğal altında qalan bütün torpaqlarımızı azad etdi.

İlham Əliyev qətiyyəti, siyasi iradəsi, vətənpərvərliyi, möcüzə kimi görünən bütün bu məsələləri cəmi 44 günə reallığa çevirdi, xalq olaraq taleyimizi büsbütün dəyişdi, məğlubiyyətdən Zəfər zirvəsinə qalxdıq, yüz minlərlə soydaşımız Vətəndə qəribçilikdən qurtuldu.

Vətən Müharibəsində əldə olunmuş qələbə eyni zamanda Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün probleminin həlli deməkdir.

“Hər zaman mənim gözlərimin önündə onlar idi, nə qədər əzab çəkdilər, nə qədər əziyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı!” Vətən müharibəsini parlaq qələbə ilə başa çatdırdıqdan sonra müsahibələrinin birində Prezident İlham Əliyevin yurdundan didərgin salınmış vətəndaşlarımızla bağlı kövrələrək ifadə etdiyi bu fikirlərdə olduğu kimi, ötən dövr ərzində keçmiş məcburi köçkünlərin problemlərinin həlli dövlət başçısının gündəliyində duran vacib məsələ idi.

Vətənə müharibəsinin qələbə ilə başa çatmasından dərhal sonra isə azad yurdlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilib.

Qarabağ və Şərqi Zəngəzurda daimi həyatın var olması üçün möhkəm bünövrələr atılır, əhəmiyyətli layihələr gerçəkləşdirilir. 30 il ərzində işğalçı Ermənistan tərəfindən tamamilə darmadağın edilən ərazilərimiz sürətlə dəyişir, mənfur düşmənin viran qoyduğu yurdlarımıza yeni nəfəs verilir. Burada əsaslı quruculuq tədbirləri həyata keçirilir, infrastruktur yenilənir, yollar çəkilir, tunellər salınır, beynəlxalq hava limanları tikilir. Eyni zamanda vəhşi ermənilərin illərlə divan tutduğu tarixi, mədəni, dini irsimiz bərpa olunur.

Nəsimi rayon İŞ üzvü

Əfsanə Allahverdiyeva