İşğaldan azad edilmiş ərazilərdə 158 mina aşkarlanıbbackend

Azərbaycan Minatəmizləmə Agentliyi işğaldan azad edilən ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

Agentlikdən verilən xəbərə görə, iyunun 21-dən 25-dək işğaldan azad edilən ərazilərdə 84 piyada əleyhinə, 74 tank əleyhinə mina, 134 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Ümumilikdə 111 ha ərazi mina və PHS-lərdən təmizlənib.