“İşğaldan azad edilmiş ərazilərdə 3 gömrük postu yaradılıb” – Səfər Mehdiyevbackend

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində gömrük xidmətinin təşkili üçün 3 gömrük postu yaradılaraq istifadəyə verilib.

“Yeni Gündəm” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

Onun sözlərinə görə, bunlar Qubadlı rayonu ərazisindəki “Qubadlı”, Zəngilan rayonu ərazisindəki “Qazançı” və Füzuli rayonu ərazisində isə “Füzuli beynəlxalq hava limanı” gömrük postlarıdır.