İşğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırbackend

Düz 30 il öncə adı kimi taleyi də qara olan Qarabağdan minlərlə azərbaycanlı – qocası, qadını, uşağı, körpəsi fərq etmədən düşmən hücumundan qaçmağa çalışdılar. Bu həsrət çox uzun çəkdi amma onlar inanırdılar ki, nə qədər də zaman keçir keçsin mütləq torpaqlarına qayıdacaqlar. Və zaman keçdi, həsrət bitdi, ürəyi Qarabağ həsrəti ilə od tutub yananların tək arzusu gerçək oldu. Onlar doğma yurdlarına qayıtdılar. İllərdir açılmayan evlərinin qapılarını açdılar, ordakı qışı yaya çevirdilər. Yenidən, gözəl diyara saatlarla heyran baxmağa başladılar.

Qarabağda məktəblər,iş yerləri, müxtəlif abidələr, məscidlər tikilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sayəsində Qarabağ abadlaşır,daha da gözəlləşir.

2021-ci ilin oktyabrın 26-da istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı dünya praktikasında ən sürətli icra edilmiş infrastruktur layihələrindən oldu. Laçın Hava Limanının isə yeri müəyyən edilməklə plan-sxemlər hazırlanıb və hazırda tikinti işlərinə başlanması üçün baza yaradılır. Həmçinin ötən il Zəfər yolunun tikintisi də başa çatdırıldı. İşğaldan azad edilmiş ərazilərdə 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər də sürətlə davam edir. Bu ərazilərdə elektrik enerjisinin təminatı ilə bağlı ötən il ərzində lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası, elektrik xətlərinin çəkilişi istiqamətində xeyli işlər görülüb. Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda yarımstansiyaların tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verilib, digər enerji infrastrukturu obyektlərində bərpa və gücləndirmə işləri davam etdirilir. Həmçinin işğaldan azad edilmiş ərazilərdə “Yaşıl enerji” zonasının tətbiq edilməsinə dair konsepsiya hazırlanıb. Dövlət başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixili Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib ki, bu da növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır:

Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış;

Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Həmçinin, işğaldan azad edilmiş ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı layihələrin icrası intensiv şəkildə davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edir. Burada yüksəksəviyyəli yol-nəqliyyat infrastrukturunun yaradılması digər prioritet istiqamət kimi müəyyənləşdirilib.

4 və 6 hərəkət zolağından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometr olacaq. Artıq Zəfər yolunda asfaltlama işləri aparılır. Hər iki yol boyunca tunellər, körpülər inşa ediləcək, bütün zəruri infrastruktur yaradılacaq. Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində körpü inşa edilir. Quruçay üzərində inşa olunan üçaşırımlı körpünün uzunluğu 86 metr olacaq. Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərə səfərləri çərçivəsində, həmçinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub. Yol üzərində, ümumilikdə, iki tunel tikiləcək və onların hər biri ikizolaqlı olacaq. Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə 12 metr təşkil edəcək. Paralel şəkildə 4-6 zolaqlı Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları çəkilir. Kəlbəcər və Laçın rayonlarında çəkilən hərbi əhəmiyyətli yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Göygöldən Ömər aşırımı üzrərindən çəkilən yol Kəlbəcərə rahat gediş-gəlişi təmin edəcək. Bəhs olunan yolun əhəmiyyəti həm də ondan ibarətdir ki, Göygöl də turizm mərkəzi kimi Kəlbəcərin gələcək mənzərəli turizm məkanları ilə bağlanmış olacaq.

Bu torpağın sahibləri, torpağı sevənlər bu möcüzə diyarın daha da gözəlləşməsi üçün bütün səylərini göstərir.

Məmmədova Əfşan

Azərbaycan Dövlət Pedaqoji Universiteti