İsgəndər Həmidov bu qəbiristanlıqda dəfn ediləcəkbackend
Sabiq daxili işlər naziri İsgəndər Həmidov Sulutəpə qəbirisanlığında dəfn olunacaq.
Bu barədə Azərbaycan Milliyətçi Demokratik Partiyasının sabiq sədri Qələndər Muxtarlı məlumat verib. Onun sözlərinə görə, İsgəndər bəylə vida mərasimi bu gün saat 11:00-da Göy Məsciddə keçiriləcək.
Qeyd edək ki, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov bu gün – fevralın 26-da vəfat edib.