İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilibbackend

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının rəhbəri Oussama Kaissinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən “Yeni Gundem”-ə verilən məlumatə görə, görüşdə Azərbaycanla İslam İnkişaf Bankı arasında uğurlu və səmərəli əməkdaşlığın həyata keçirildiyivurğulanıb, bankın ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində həyata keçirdiyi layihələrə verdiyi dəstək yüksək qiymətləndirilib. Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn strateji hədəflər, işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan layihələr və “Yaşıl enerjizonasının yaradılması, enerji səmərəliliyi, bərpa olunan enerji sahəsinin inkişafı istiqamətində görülən tədbirlər haqqında məlumat verilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.