İsmayıllıda qadın bələdiyyə sədri məşhur Zərnava körpüsündən milyonlar qazanır – İDDİAbackend
İnfom.az-ın redaksiyasına İsmayıllı rayonundan ilginc şikayət daxil olub.
Bildirilir ki, İsmayıllı rayon Zərnava bələdiyyəsinin qadın sədri Afaq Məhərrəmova kənd ərazisində olan “Məşhur Zərnava” asma körpüsünü özəlləşdirərək milyonlar qazanır.
Redaksiyamıza göndərilən videoda açıq aşkar görünür ki, asma körpünün girişində “Körpüyə Zərnava bələdiyyəsi nəzarət edir” sözləri yazılıb.
Elə bur cümlədə adama hər şey aydın olur. Belə ki, kəndə gələn yerli və xarici turistlər körpüdən qarşı tərəfə keçmək üçün adambaşına 1 manat pul ödəyirlər. Həmin pulu yığmağı isə Afaq Məhərrəmova başqalarına etibar etmədiyindən öz həyat yoldaşı Haqverdi Məhərrəmova tapşırıq.
Ödənişin əvəzində isə vətəndaşlara heç bir qəbz verilmir. Burdan aydın olur ki, bu rüşvət və birbaşa vergidən yayınmadır. Ərazidə olan əməkdaşımızın bildirir ki, gün ərzində bu körpüdən yüzlərlə adam keçir və hamısı da adambaşına 1 manat ödəniş edir. Lakin əldə olunan gəlir bələdiyyə sədri Afaq Məhərrəmova və Regional Mədəniyyət və Turizm Mərkəzinin müdiri Azər Abbasov tərəfindən mənimsənilir.
Çox təəssüflər olsun ki, nə İsmayıllı rayon İcra Hakimiyyəti, nə də digər səlahiyyətli qurumlar bu işi araşdırmırlar. Görünür onların da aylıq “haqqını” göndərirlər.
Zərnava kəndinin yolu yoxdur, sel gələndə kəndlə əlaqə kəsilir. Yeddi il öncə kənddə yeni körpünün tikintisi üçün dövlət tərəfindən vəsait ayrılsa da, İsmayıllı rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm İdarəsi və kənd bələdiyyəsi bu vəsaiti mənimsəyib.
Bu gün Zərnava körpüsündən yığılan pullar isə kəndin heç bir işinə yönləndirilmir. Əksinə vəsaitlər büdcədən gizlədilərək bildirilir ki, guya həftə ərzində bu körpünü 40-50 adam ziyarət edir.
Bu yolla da külli-miqdarda pul mənimsənilərək dövlətə ziyan vurulur. İndi sizə təqdim edəcəyimiz videoda bir neçə dəqiqə ərzində körpüdə olan sıxlığı özünüz də müşahidə etmiş olacaqsınız.