İsrail Dağıstandakı iğtişaşlara cavab verdibackend

İsrail hakimiyyəti etiraz aksiyasının keçirildiyi Dağıstanda hadisələrə reaksiya verib.Bildirilib ki, yüzlərlə dağıstanlı Mahaçqala hava limanına Təl-Əvivdən gələn təyyarənin enməsi xəbərindən sonra içəri girib. Camaat İsraildən uçan yəhudilərin qovulmasını tələb edib.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyi və baş nazir Benyamin Netanyahunun ofisinin birgə bəyanatına istinadən xəbər verir.

Şimali Osetiyanın rəhbəri Sergey Menyailo Dağıstandakı iğtişaşları kənardan planlaşdırılan təxribat adlandırıb.

Ölkə hakimiyyəti ümid etdiyini bildirib ki, Rusiya hüquq-mühafizə orqanları israilliləri və yəhudiləri “harada olmalarından asılı olmayaraq” müdafiə ilə təmin edəcəklər. İsrail həmçinin Rusiya hakimiyyətini “yəhudilərə və israillilərə qarşı yönəlmiş qırğınçılara və vəhşi təhriklərə qarşı qətiyyətlə hərəkət etməyə” çağırıb.

Mənbə: Lenta.Ru

Aynur Camal