İsrail qaçqın düşərgəsini də vurdubackend

İsrail ordusu dünən 3 fərqli yerdə qırğınlar törədib.Dünən İsrail ordusu əvvəlcə Qəzzanın şimalındakı Cibaliye Qaçqınlar Düşərgəsinə hava zərbəsi endirib, daha sonra Nuseyratda 24 mənzildən ibarət binaya zərbə endirib.

“Yeni Gundem” xəbər verir ki, daha sonra Şati Qaçqınlar Düşərgəsini hədəfə alıblar.

Cibaliyədə ən azı 100, Nuseyratda ən azı 45, Şatidə isə 10 fələstinli həyatını itirib. Qəzza Səhiyyə Nazirliyi açıqlama verib: “Cibaliyedə dəhşətli qətliam olub”. İsrail Ordusunun sözçüsü Daniel Hagari Cibaliye Qaçqınlar Düşərgəsinə hücumu həyata keçirdiklərini bildirib.

Mənbə: hurriyyət.tr

Aynur Camal