İsrail prezidenti Azərbaycan dağ yəhudiləri ilə görüşübbackend

İsrail Prezidenti Azərbaycanın dağ yəhudiləri icmasının nümayəndələri ilə görüşüb.

“Yeni Gundem” xəbər verir ki,İsrail Prezidenti İsaak Hersoq Qüdsdəki prezident iqamətgahında Dağ Yəhudiləri İcmasının üzvlərini qəbul edib.

Görüşdə Qafqaz əsilli Dağ Yəhudilərinin Ümumİsrail Assosiasiyasının sədri Pavel İlizarov rəhbərlik etdiyi birliyin fəaliyyətindən danışıb, təşkilatın Azərbaycan-İsrail əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı planlarına diqqət çəkib.

İsrail Prezidenti mehribanlıq şəraitində keçən görüşdən məmnunluğunu bildirdi və dağ yəhudilərinin tarixinə yaxşı bələd olduğunu vurğuladı. O, İsraildəki Azərbaycan Evinin fəaliyyətini və Qafqaz əsilli Dağ Yəhudilərinin Ümumİsrail Assosiasiyasının “Xocalıya ədalət” kampaniyasında fəal iştirakını yüksək qiymətləndirib, qaldırılan suallara görə təşəkkür edib.

İsrail Prezidenti yaxın vaxtlarda Azərbaycana səfər edəcəyini qeyd edib. “Mən bütün qəlbimlə hiss edirəm ki, Azərbaycan xalqı və hökuməti yəhudilərə daha mehriban, qardaşcasına yanaşır”, – İsaak Hersoq deyib.

Fərahim Rəhimov