İsrail rəsmisi Azərbaycan səfirini qəbul edibbackend

İsrail Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Qafqaz Departamentinin direktoru Mixal Herşkovitz Azərbaycanın bu ölkədə yeni təyin olunmuş səfiri Muxtar Məmmədovla görüşüb.

“Yeni Gundem” xəbər verir ki,bu barədə İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi Twitter-də yazıb.

O, Muxtar Məmmədovla görüşdən məmnunluğunu bildirib: “Bu səhər tarixi bir məqamdır! Azərbaycanın İsraildəki ilk səfiri Muxtar Məmmədovu salamlamağa şadam”.

Fərahim Rəhimov