İsrail səfiri Gəncədə Ermənistanın raket atəşinə tutduğu ərazidə olubbackend

İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncəyə səfəri çərçivəsində Vətən müharibəsi dövründə şəhərin Ermənistan tərəfindən raket atəşinə tutulun ərazisində olub.

“Yeni Gündəm”-in məlumatına görə, diplomat Ermənistanın terroru nəticəsində həlak olan mülki insanların xatirəsini yad edib. Onların xatirəsinə ehtiram əlaməti olaraq dağılmış evlərin ətrafına gül düzüb.

APA