İsrail vaksinasiyaya başlasa da, yoluxma sayı sürətlə artırbackend

Əhalisinin 25 faizi peyvənd olunan İsraildə koronavirusa yoluxma sayı rekord səviyyədə artmağa davam edir.

“Yeni Gündəm” xəbər verir ki, İsrail digər ölkələrin 12 avroya aldığı “BioNTech” peyvəndini, “Hər kəsdən əvvəl peyvənd olunmalıyıq” deyərək doza başına 23,50 avro ödəyərək alıb.

ABŞ və Avropadan daha çox pul ödəyən İsrail bütün əhalisi üçün kifayət qədər doza əldə etsə də, hadisələr istədiyi kimi inkişaf etməyib. “Moderna”dan iki doza üçün 47 dollar ödəyərək ümumilikdə 4 milyon peyvənd alan İsraildə yoluxma rekord səviyyədə artır. 1.9 milyon insanı, yəni əhalinin 25 faizini peyvənd edən ilk ölkə olan İsraildə gündəlik 9500-dən çox koronavirusa yoluxma faktı qeydə alınır.

Bildirilib ki, ölkədə ilk 12 gündə peyvənd edilən və heç peyvənd olunmayan 100 min insan arasında xəstəliyə yoluxmada heç bir fərq müşahidə olunmayıb. Bununla yanaşı, 13-cü günün sonunda, ilk peyvənd olunanların koronavirüs nisbətində yüzdə 20 azalma qeydə alınıb.

Qeyd edək ki, İsrail martın sonuna qədər 16 yaşdan yuxarı hər kəsə peyvənd tətbiq etməyi planlaşdırır.