“İsrail yardımların daxil olmasına mane olur”backend

Misir Qəzza zolağına gedən Rəfah Sərhəd Qapısının açıq olduğunu elan edib, lakin sionist işğal rejimi yardımların daxil olmasına mane olub.

“Yeni Gundem” xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd, “Qəzza zolağında böhran başlayandan bəri Rəfah Sərhəd Qapısı heç vaxt bağlanmayıb, Rəfah Sərhəd Qapısı açıqdır” deyib.

“Qadağanedici şərtlər və əsassız bəhanələrlə Qəzza zolağına yardımın daxil olmasına mane olan İsrail tərəfidir”.

Həmçinin ƏbuZeyd, “Sərhədin bağlı olduğunu iddia edənlər, bölgəyə səfər edən Birləşmiş Millətlər Təşkilatı rəsmilərinin açıqlamalarına baxsınlar” deyib.

Əbu Zeyd həmçinin iddia edib ki, Misir tərəfi humanitar yardımın Qəzza tərəfinə davamlı şəkildə daxil olmasını təmin etmək üçün üzərinə düşəni edir.

Mənbə: İLKHA

Aynur Camal